“Pandemiya dönəmində yaxşı məşq edə bilmədik” – MƏŞQÇİDƏN AÇIQLAMA

"Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində neçə illərdir idmançılarımız həm qızıl, həm gümüş, həm də bürünc medallar qazanır, bayrağımızı yüksəklərə qaldırırlar. Tokioda idmançılarımız 7 medal qazandı". 

Bizim.Media xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib. 

50 yaşlı mütəxəssis güləşlə bağlı müəyyən məsələləri indi açıqlamaq istəmədiyini bildirib:

"Bununla bağlı açıqlamalar olacaq. Əziyyəti olan hər kəsə təşəkkürümüzü bildiririk. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, xüsusən də, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev, federasiya nümayəndələri beş il ərzində qayğı göstərib, bizə dayaq olublar". 

Abdullayev pandemiya dönəmində çətinliklərlə üzləşdiklərini və yaxşı məşq edə bilmədiklərini vurğulayıb:  

"Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət olunmuşdu. İdmançılarımız qapalı şəraitdə məşq edə bilmirdilər, çətinliklərimiz var idi. Lakin sonradan bizə icazə verildi, Olimpiadaya lisenziya qazanan idmançılarımız qapalı şəkildə hazırlaşdılar, beynəlxalq turnirlərə, lisenziya xarakterli yarışlara qatıldılar". 

Tokioda qazanılan 7 medaldan 3-nün güləşin aktivinə yazıldığını deyən olimpiya çempionu bunu indiki vəziyyətdə uğur adlandırıb:  

"Tarixi zəfər qazandığımız Vətən Müharibəsində iştirak edən idmançılarımız da var idi. Bütün bunların da təsiri oldu. Qazanılan medallara görə, bütün xalqımızı təbrik edirəm. Bu uğuru qaralamaq olmaz, çünki xalqımız buna sevinir. Unutmayaq ki, bəzi ölkələr Olimpiadada medalsız qaldılar. Azərbaycan millisi Tokio-2020-də 67-ci yeri tutdusa, Ermənistan 69-cu oldu". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

End of content

No more pages to load

RADİO