"Komandada yaxşı atmosfer var. Bu, məşqlərdə də görünür. Hamı bu oyunu gözləyir. Biz hazırıq".
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın HİK komandasının futbolçusu Lukas Linqman klubun rəsmi saytına açıqlama verib.
Yarımmüdafiəçi bildirib ki, meydanda öz oyunlarını sərgiləyəcəklər: "Güclü, kompakt komandamız var. Yaxşı müdafiə olunub, fərqli hücumlar qura bilirik.
Oyunçu "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə sonda qeyd edib ki,
Düşünürəm ki, maraqlı görüş olacaq. Mərhələni keçmək həm də maliyyə baxımından vacibdir. Buna görə də pley-offa vəsiqə qazanmaq istəyirik"
Bizim.Media