"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşacaq.
Saat 20:00-da başlayacaq matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edəcək.
"Köhlən atlar"ın heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.
Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Bu cütün qalibi pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında birinci qarşılaşma Şotlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media