"Neftçi" bu gün Avropa Liqasında HİK komandasının qonağı olacaq

Bu gün "Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.

Bizim.Media xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Finlandiyanın paytaxtı Helsinkidəki "Bolt Arena"da HİK-in qonağı olacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edəcək.

Bu komandalar arasında avqustun 3-də "Bakcell Arena"da oynanılmış ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. UEFA səfər qolu qaydasını ləğv etdiyindən, istənilən hesablı heç-heçə cavab görüşünü əlavə vaxta aparacaq.

"Neftçi" və HİK bunadək Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edib. Azərbaycan klubu Yunanıstan "Olimpiakos"u (0:1; 0:1), Finlandiya təmsilçisi isə İsveç "Malmö"sü (1:2; 2:2) ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.

Komandalar meydana itkilərlə çıxacaqlar. "Neftçi"dən Namik Ələskərov zədə, Uqo Basto isə koronavirusa yoluxması səbəbindən oynamayacaq. HİK-ə gəldikdə, müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.

Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşacaq.

Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblərdə satışı qadağan edilən məhsullar AŞKARLANIB – RƏSMİ

Məktəblərdə satışı qadağan edilən məhsullar AŞKARLANIB – RƏSMİ

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

Evindəki bir adyal ona milyonlar qazandırdı – FOTOLAR

Evindəki bir adyal ona milyonlar qazandırdı – FOTOLAR

Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

Ukrayna şəhərlərinə KÜTLƏVİ ZƏRBƏLƏR – Ölənlər var – VİDEO

Ukrayna şəhərlərinə KÜTLƏVİ ZƏRBƏLƏR – Ölənlər var – VİDEO

ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycanda qaz ödənişləri ilə bağlı – Yenilik

Azərbaycanda qaz ödənişləri ilə bağlı – Yenilik

50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi - Bəşəriyyət XİLAS OLACAQ

50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi - Bəşəriyyət XİLAS OLACAQ

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi – VİDEO

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi – VİDEO

Bir qasırğa 400 illik sərhəd anlaşmazlığına SON QOYDU

Bir qasırğa 400 illik sərhəd anlaşmazlığına SON QOYDU

Xankəndidə güclü YANĞIN

Xankəndidə güclü YANĞIN

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

End of content

No more pages to load

RADİO