"Barselona"dan ayrılan Lionel Messinin "PSJ"yə keçəcəyi gözlənilir.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, Neymar "10" nömrəli formasını təklif etsə də, 34 yaşlı hücumçu razılaşmayıb.
Argentinalı ulduzun seçəcəyi nömrələr arasında "19" var.
PSJ-nin "30" nömrəni Messiyə təklif etdiyi, onun da bu nömrə altında oynamaq istədiyi bildirilir. Fransa Liqa 1-də bu nömrə yalnız qolkiperlərin istifadəsi üçün açıq olsa da, qurum ulduz futbolçu üçün istisna etməyə hazırdır.
Qeyd edək ki, peşəkar karyerasına "30" nömrə ilə start verən Leo 2006-cı ildə "19", 2008-ci ildə isə Ronaldinyonun gedişindən sonra ikonik "10" nömrəni kürəyində daşıyıb.
Bizim.Media