“Zirə”nin sabiq futbolçusu Klesio Bauk karyeranı Portuqaliyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumameyilli yarımmüdafiəçi “Maritimo” klubuna keçib. Baukla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Mozambik milli komandasının da üzvü olan Bauk Azərbaycanda “Zirə” və “Qəbələ”də çıxış edib. O, ötən mövsümün sonunda “Zirə”dən ayrılıb.
Bizim.Media
