Məşhur futbolçu Lionel Messinin növbəti kluba transferinin təqdimatı Eyfel qülləsində təşkil olunacaq.
Bizim.Media-nın xarici mətbuata istinadən xəbərinə görə, PSJ transfer edəcəyi gözlənilən hücumçu Lionel Messini təqdim etmək üçün avqustun 10-u Eyfel Qülləsini icarəyə götürüb.
"Barselona"dan ayrılan Messinin PSJ ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
Bizim.Media