Barselonanın keçmiş futbolçusu Xavi Hernandesin baş məşqçisi olduğu “Əl-Sadd” klubu, Lionel Messi üçün 1 milyard avroluq təklif hazırlayıb.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi argentinalı superulduzla 3 illik müqavilədə razılaşmaq niyyətindədir.
Lakin bu xəbərlər nə klub, nə də Messinin özü tərəfindən təsdiq olunub.
Qeyd edək ki, Barselonanın argentinalı lideri 13 yaşından bəri şərəfini qoruduğu klubla masala bağlı razılığa gələ bilmədiyi üçün, yeni müqavilə imzalamaqdan imtina edib. Messinin Mançester Siti və ya PSJ-yə transfer olunması gözlənilir.
Bizim.Media