Tarixin ən titullu futbolçusu Dani Alves, Braziliya millisi ilə Tokio Olimpiya Oyunlarında qalib gələrək, öz rekordunu yeniləyib.
Bizim.Media xəbər verir ki, Braziliyanın Sao Paulo klubunun 38 yaşlı müdafiəçisi karyerasında 42-ci kuboku qazanıb.
Xatırladaq ki, Tokio 2020 -nin finalında braziliyalılar əlavə vaxtda İspaniya millisini 2: 1 hesabı ilə məğlub edərək turnirin qızıl medallarını boyunlarından asıblar.
Bizim.Media