Braziliya futbol millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
Bizim.Media xəbər verir ki, 5 qat dünya çempionları finalda İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə hesabı 45+2-ci dəqiqədə Mateus Kunya açıb. 61-ci dəqiqədə isə Mikel Oyarsabal bərəbərlik qoluna imza atıb.
Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin heyətində Malkom 108-ci dəqiqədə qələbə qolunu vurub.
Beləliklə, Braziliya seçməsi olimpiya çempionu olub. Komanda 2016-cı il Riodakı Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.
Bizim.Media