Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.
Bizim.Media xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib və ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb.
“Pekin-2008”də bürünc, “London-2012” və “Rio-2016”da gümüş medal qazanan Mariya Stadnik ikiqat dünya, səkkizqat Avropa çempionudur.
O, “Bakı-2015” və “Minsk-2019” Avropa, “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının qalibidir.
Bizim.Media