Azərbaycanın sərbəst güləşçisi, London-2012 Olimpiadasının qalibi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazana bilməyib.
Bizim.Media xəbər verir ki, onun rəqibi kubalı Reyneris Salas Peres olub.
Xatırladaq ki, Azərbaycanın digər sərbəst güləşçisi Hacı Əliyev (65 kq) isə finalda Takuto Otoquro (Yaponiya) ilə qarşılaşıb və gümüş medal əldə edib.
Bizim.Media