Türkiyə Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Bizim.Media xəbər verir ki, 68 kq-da mübarizə aparan boksçu Busenaz Sürmeneli finalda çinli Gu Honqu (Çin) məğlubiyyətə uğradıb.
Tarixdə ilk dəfə türkiyəli qadın boksçu olimpiadanın qalibi olub.
Qeyd edək ki, daha əvvəl Mete Qazoz kamandan oxatma yarışında olimpiya çempionu titulunu qazanıb.
Bizim.Media