Rusiya Mini Futbol Assosiasiyasının (AMFR) prezidenti Emil Əliyev daha 5 il bu quruma rəhbərlik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Əliyev 2026-cı ilə qədər prezident vəzifəsində çalışacaq. Əslən azərbaycanlı olan funksioner ilk dəfə 2011-ci ildə AMFR rəhbəri seçilib, 2016-da ikinci müddətə postunda qalıb.
Əliyevin 43 yaşı var, 2005-2011-ci illərdə AMFR-in baş direktoru olub.
2016-cı ildən- Rusiya Futbol İttifaqı (RFU) İcraiyyə Komitəsinin üzvüdür. O, 2019-cu ildə Rusiyanın Əməkdar Bədən Tərbiyəsi İşçisi fəxri adına layiq görülüb.
Bizim.Media