Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Bizim.Media xəbər verir ki, 50 kq çəkidə gücünü sınayan Mariya Stadnik yarışa rusiyalı Stalvira Orşuş üzərində çətin qələbə (11:7) ilə başlayıb.
O, tunisli Sarra Hamdi ilə 1/4 final qarşılaşmasında aşkar üstünlüklə qalib gəlib – 10:0.
Təmsilçimizin növbəti rəqibi yaponiyalı Yui Susaki olub. Təəssüf ki, güləşçimiz yenə "Gündoğar ölkə" təmsilçisini keçə bilməyib - 0:11. O, sabah bürünc medal uğrunda yarışacaq.
Bizim.Media