Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.
Bizim.Media xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda yarımfinala vəsiqə qazana bilməyib.
O, birinci və üçüncü görüşlərində məğlub olub. Fərzəliyev ikinci döyüşdə qələbə qazansa, qrupda yer alan iki idmançı 3 qələbə əldə edib. Azərbaycan təmsilçisinin dördüncü dueli formal xarakter daşıyacaq.
Bizim.Media