Ukraynanı təmsil edən azərbaycanlı güləşçi: "Bütün Azərbaycana, doğma kəndimə salam göndərirəm" - FOTO

"Güləş çox çətin idman növüdür. Bir xala görə özünü öldürürsən. Mən də rəqibə 6 xal vermişdim. Şükürlər olsun, Allah mənə güc verdi, finala çıxdım".

Bizim.Media xəbər evrir ki, bu fikirləri Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov (67 kq) Tokio-2020 Yay olimpiya oyunlarında finala vəsiqə qazanması barədə danışarkən deyib.

23 yaşlı idmançı Azərbaycanı çox sevdiyini bildirib:

"Bu ölkədə doğulmuşam. Nənəm, babam bəlkə də mənə baxıb sevinirlər. Azərbaycan hər zaman mənim üçün doğmadır. Öz millətim, öz dilimdir. Ukraynanı təmsil etsəm də, Azərbaycan mənim üçün çox şey ifadə edir, mənim vətənimdir. Ağstafanın Muğanlı kəndindənəm. Bütün Azərbaycana, doğma kəndimə salam göndərirəm. Hər zaman sizi düşünürəm".

15 ildir Ukraynada yaşadığını deyən Nəsibov olimpiadadan sonra Azərbaycana gəlmək istədiyini söyləyib:

"Atamın Azərbaycanda işləri alınmadı. Ona görə Ukraynaya köçdük. Yenidən Vətənə qayıdıb-qayıtmayacağımı Allah bilir. Hələlik Ukraynadayam. Olimpiadadan sonra vətənimə getmək istəyirəm. Nənəmlə babamı çoxdandır görmürəm. Onları, qohumlarımı görmək istəyirəm. Sonuncu dəfə 15 il əvvəl orada olmuşam. Hər il getmək istəsəm də, yarış, təlim-məşq toplanışları imkan vermir".

Nəsibov Ukrayna millisində ciddi rəqabətin olduğunu vurğulayıb:

"Heç vaxt ağlıma gəlməzdi ki, olimpiadada finala çıxacağam. Hər şey Allahın əlindədir, mənim yolumu Ukraynaya salıb. Azərbaycanda 1 il idmanla məşğul olmuşam. Bu il mənim üçün çox çətin oldu. Ukraynada çempionatında 3-cü yeri tutdum. Rəqibdən güclü olsam da, uduzdum. İlk lisenziya turnirində istəyim baş tutmasa da, ikincidə məqsədimə çatdım. Ukrayna yığmasında yaxşı rəqabət var. Mən səhərdən axşamadək məşq edirəm. Güləşdən başqa heç nə bilmirəm. Məktəb oxumaq istəyirəm, o da alınmır. Udmaq istəyirsənsə, gərək, çox məşq edəsən".

Qeyd edək ki, Pərviz Nəsibov avqustun 4-də qızıl medal uğrunda iranlı Məhəmməd Reza Gerayi ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

End of content

No more pages to load

RADİO