Belarus idmançısı Kristina Timanovskaya Polşadan humanitar vizası alıb.
Bizim.Media xəbər verir ki, bu haqda Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç özünün Twitter hesabında yazıb.
“Belaruslu idmançı Kristina Timanovskaya artıq Tokiodakı Polşa diplomatları ilə birbaşa təmasdadır. Ona humanitar viza verilib”, deyə o, qeyd edib.
Diplomatın sözlərinə görə, Polşa Timanovskayaya idman karyerasını davam etdirmək üçün əlindən gələni edəcək.
Bizim.Media