Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, "ay-ulduzlular" Rusiya yığması ilə üz-üzə gəlib.
Beş setdən sonra Türkiyə komandası 3-2 hesabı ilə qalib gəlib.
Beləliklə, "ay-ulduzlular" B qrupunu 9 xalla üçüncü sırada bitirib və 1/4 final mərhələsində A qrupunda ikinci yerin sahibi ilə üz-üzə gələcək. 4-cü olan Rusiya isə növbəti raundda A qrupunun lideri ilə görüşəcək.
Bizim.Media