Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Akjol Mahmudovla (Qırğızıstan) üz-üzə gəlib.
Hüseynov rəqibinə 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Bizim.Media