Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Bizim.Media xəbər verir ki, yarışın 8-ci gününün medal mübarizəsi başa çatıb.
Bu gün 13 növdə 21 dəst mükafat sahibini tapıb. Azərbaycan yığması da ilk medalını rəsmiləşdirib.
Cüdoçu İrina Kindzerska bürünc mükafata yiyələnib. Medalçılar arasında yerini təmin edən boksçu Alfionso Dominqesin mükafatının əyarı isə hələ dəqiqləşməyib.
Ümumilikdə isə arxada qalan günlər ərzində 133 dəst medal sahibini tapıb. Mükafatçılar sırasına 70 ölkə təmsilçisi düşüb. Onlardan 42-si qızıl sevinci yaşayıb.
Medal cədvəlinə yenə Çin başçılıq edir. Yaponiya 2-ci, ABŞ 3-cü yerdədir. Azərbaycan bir bürünclə 63-70-ci yerlərdə qərarlaşıb.
Bizim.Media