Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində fərqlənən cüdoçular mükafatlandırılıb.
Bizim.Media xəbər verir ki, medalçılar sırasında Azərbaycan təmsilçisi İrina Kindzerska da yer alıb.
O, Fransalı Romane Dicko ilə birlikdə bürünc medal qazanıb. Yarımfinalda Kindzerskanı məğlub edən yaponiyalı Akira Sone qızıl, kubalı İdalis Ortis isə gümüş medala yiyələnib.
Bizim.Media
