Ağır atlet Polina Quryeva Türkmənistana ölkənin müasir tarixində ilk olimpiya medalını qazandırıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
59 kiloqrama qədər çəki dərəcəsində olan Quryeva 96 kiloqram və 121 kiloqram ağırlığında olan ştanqı qaldırıb.
Ümumilikdə 217 kiloqram yığan Türkmənistan idmançısı ikinci yerdə qərarlaşıb. Tayvanlı ağır atlet Kuo Sinçun ümumilikdə 236 kiloqram qaldıraraq bu kateqoriyada qızıl medal qazanıb, üçüncü yeri isə 214 kiloqramla Yaponiya idmançısı Ando Mikiko tutub.
22 yaşlı Polina Quryeva üçün bu ilk Olimpiya Oyunlarıdır.
Bizim.Media