Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Kosova təmsilçisi Akil Cakova ilə üz-üzə gəlib.
Əsas vaxtda qalib müəyyənləşməyib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.
Bizim.Media