"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, klubun saytınını yaydığı məlumata görə, İstanbul təmsilçisi Aleksandru Cicaldaunu transfer edib.
Rumıniyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm şərəfini qoruduğu "Universitatya Krayova"da meydana çıxdığı 43 matçda 12 qol vurub, 4 qolun ötürməsini verib.
Bizim.Media