44 idmançımızdan 8-i olimpiada ilə erkən vidalaşdı - SİYAHI

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bizim.Media bildirir ki, bu gün 44 təmsilçidən 10-u yarışa qoşulub.

Boksçulardan Tayfur Əliyev (57 kq) vyetnamlı Nquyen van Duonqa 2:3, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Lorenso Sotomayor (69 kq) isə gürcüstanlı Əsgərxan Madiyevə qaşından qan açıldığı üçün hakimlərin qərarı ilə uduzub.

Yalnız Məhəmməd Abdullayev (+91 kq) 1/16 final görüşündən qalib ayrılmağı bacarıb. O, bəhreynli Denis Latıpovu 3:1 hesabı ilə yenib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir idmançımız “Tokio-2020”dən erkən ayrıldı – Sayı 7-yə çatdı


Abdullayev iyulun 29-da keçiriləcək 1/8 final görüşündə özbəkistanlı dünya və 3 qat Asiya çempionu Baxodir Jalolovla qarşılaşacaq.

Cüdoçulardan Kəramət Hüseynov (60 kq) mübarizəyə böyük britaniyalı Eşli Makkenzi üzərində qələbə ilə başlasa da, 1/8 finalda gürcüstanlı Luxumi Çxvimianiyə uduzaraq, mübarizəni dayandırıb. Aişə Qurbanlı (48 kq) isə elə ilk görüşdəcə portuqaliyalı Katarina Koştaya yenilib və yarışla vidalaşıb.

Kişi üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə 4 dəqiqə 19,40 saniyə nəticə ilə 26-cı, qadın üzgüçü Məryəm Şeyxəlizadə Xangah 100 metr məsafəyə batterflayda 1 dəqiqə 1,37 saniyə göstərici ilə 30-cu olub. Nəticədə onlar növbəti mərhələyə yüksələ bilməyiblər.

Velosipedin şosse növündə Elçin Əsədov 130 iştirakçı arasında 234 km məsafə qət etməli olsa da, 110-cu km-dən sonra çıxışını başa vurub.
 

İdman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutub. Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.


​​​​​​​Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının təsnifat mərhələsini 547 xalla 20-ci yerdə başa vurub və finala çıxa bilməyib.

Lunyov 25 metr məsafəyə atəş açma yarışında da çıxış edəcək.

Beləliklə, Azərbaycan idmançılarından 8-i olimpiada ilə vidalaşıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

End of content

No more pages to load

RADİO