“Barselona” öz yetirməsi olan Alexandro Balde ilə peşəkar müqavilə bağlayıb.
Bizim.Media xəbər verir ki, 17 yaşlı istedad ilə 2024-cü ilin iyununa qədər anlaşma əldə edilib.
Futbolçunu kimsə almaq istəsə 500 milyon avro ödəməlidir.
Balde “Barsa” akademiyasına 2011-ci ildə “Espanyol”dan gəlib. O, müdafiənin solunda çıxış edir. Amma yarımmüdafiə xəttində də effektlidir. (Sportinfo.az)
Bizim.Media