Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan altıncı olaraq keçəcək.
Bizim.Media xəbər verir ki, idmançılarımız Yunanıstan, Qaçqın Olimpiya Komandası, Rusiya Olimpiya Komitəsi, İslandiya və İrlandiyadan sonra altıncı olaraq paraddan keçəcək.
Xatırladaq ki, açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Bizim.Media