Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək qonaqların sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Təşkilat Komitəsinin sədri Hidemasa Nakamura yayıb.
O bildirib ki, sabahkı tədbirdə 950 nəfər rəsmi şəxs iştirak edəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirə yalnız VİP-qonaqlar buraxılacaq.
Bunlar sponsorlar, diplomatlar və Beynəlxalq Olimpiya Komitəsinin üzvləridir.
Qurum rəsmisi açılışda iştirak edəcək idmançıların sayını dəqiq deyə bilməyib. O bildirib ki, paradda tibbi maskalardan istifadə olunacaq və sosial məsafəyə riayət ediləcək.
Bizim.Media