Yaponiyanın paytaxtı Tokioda Olimpiya oyunlarının keçirilməsini təşkil edənlər və iştirakçılardan daha 12 nəfər koronavirusa yoluxub. Son test nəticələri bunu deməyə əsas verib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, bu haqda informasiya “Tokio-2020”nin təşkilat komitəsinin portalında yer alıb.
İnformasiyada deyilir ki, COVID-ə yoluxanlardan ikisi Olimpiya kəndinin ərazisində qalan əcnəbi idmançılardır.
Koronavirus 5 yapon və olimpiya oyunlarının keçirilməsində iştirak edən 4 xarici ölkə vətəmndaşında da tapılıb.
Daha əvvəl məlumat verilib ki, iyulun 1-dən sonra Olimpiadaya qatılan yapon və xaricilər arasında 81 yoluxma halı qeydə alınıb.
Bizim.Media