"Qarabağ"-klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda öz İsrailin "Aşdod" komandasını qəbul edəcək. Oyun sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Artıq oyuna 7 min bilet satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qarşılaşma üçün arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet bilet satışa çıxarılıb.
Biletləri mərkəzi arenanın kassalarından, "FAV Azerbaijan"ın ofisindən və klubun "Park Bulvar"dakı fan-şopundan almaq mümkündür.
Biletlərin qiymətləri sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manatdər.
Bizim.Media