UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə bu gün start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutacaq.
Rumıniya təmsilçisi ÇFR Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. Macarıstan çempionu "Ferentsvaroş" Litva "Jalgiris"ini qəbul edəcək. Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası evdə Kipr "Omoniya"sını, Avstriya "Rapid"i isə Çexiyanın "Sparta" (Praqa) komandasını sınağa çəkəcək.
"Seltik" isə Şotlandiyada Danimarka "Midtüllan"ı ilə qarşılaşacaq.
II təsnifat mərhələsi, ilk oyunlar
18:00. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)
20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)
22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)
22:45. "Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)
Qeyd edək ki, bu raundun digər 7 görüşü iyulun 21-də keçiriləcək.
Bizim.Media