Argentina millisinin superulduzu Lionel Messinin Amerika Kubokunun baş mükafatı ilə çəkdirdiyi şəkil "Instagram" tarixinin ən məşhur idman fotosu olub.
Bizim.Media xəbər verir ki, Leonun həmin postunu 20,2 milyondan çox sosial şəbəkə istifadəçisi bəyənib.
Bunadək ən məşhur foto digər superulduzun - Kriştiano Ronaldonun Dieqo Maradona ilə çəkdirdiyi idi.
Maradonanın öldüyü gün paylaşılan posta 19,9 milyon reaksiya gəlmişdi.
Qeyd edək ki, Messi Amerika Kubokunun finalında Braziliya üzərində qazandıqları qələbəni (1:0) bütün Argentina xalqına və əfsanəvi Maradonaya həsr etmişdi.
Bizim.Media
