Xəbər verdiyimiz kimi AVRO-2020-nin finalında İtaliya yığması İngiltərə millisini məğlub edərək çempion olub.
Bizim.Media xəbər verir ki, bu münasibətlə AVRO-2020-nin 4 matçına ev sahibliyi edən Bakı Olimpiya Stadionu İtaliya bayrağının rənglərinə boyanıb.
Xatırladaq ki, AVRO-2020 Avropanın 11 şəhərində keçirilib. Türkiyə, Uels və İsveçrənin yer aldığı A qrupunun 3 oyunu və 1/4 finalda keçirilən Çexiya - Danimarka (1:2) görüşü Bakıda keçirilib.
Bizim.Media
