UEFA Avropa Çempionatı iştirakçılarının sayını 24-dən 32-yə qaldırmaq barədə düşünür.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Associated Press” agentliyi yayıb.
Mənbə yazır ki, müvafiq təklif hazırda təşkilat tərəfindən dəyərləndirilir.
Məlumata görə, məsələ ilə bağlı yekun qərar 2023-cü ilədək qəbul edilməlidir.
İştirakçı sayının artacağı təqdirdə, dəyişikliyin 2028-ci ildən etibarən qüvvəyə minəcəyi gözlənilir.
Bizim.Media