UEFA-nın mətbuat xidmətindən verilən məlumata görə, İtaliya və İngiltərə milli komandaları arasında keçiriləcək Avro 2020-nin final oyununu Hollandiyadan olan hakimlər idarə edəcək.
Bizim.Media xəbər verir ki, görüşün baş hakimi Byörn Kuypers təyin edildi.
Ona Sander van Rukel və Ervin Zeynstra kömək edəcəklər. İspaniyalı Krlos del Serro ehtiyat hakim olacaq.
İtaliya - İngiltərə oyunu iyulun 11-də “Wembley” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23: 00-da başlayacaq.
Bizim.Media