Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Skillinq Open” turnirinə qatılacaq.
Bizim.Media-nın məlumatına görə, noyabrın 22-də başlayacaq onlayn turnirin 16 iştirakçısından 11-i dəqiqləşib.
Teymurun rəqibləri arasında Ermənistan şahmatçısı Levon Aronyan da var.
Şahmatçımızın həmçinin Din Liren (Çin), David Anton (İspaniya), Sergey Karyakin (Rusiya), Liem Quang Li (Vyetnam), Uesli So (ABŞ), Aniş Giri (Niderland), Yan-Kriştof Duda (Polşa), Vidit Quyrati (Hindistan) və Maksim Vaşye-Laqravla (Fransa) da qarşılaşacaq.
Qeyd edək ki, turnir “Champions Chess Tour” çərçivəsində təşkil olunacaq.
Bizim.Media