İngiltərə millisinin, “Tottenhem” və “Liverpul”un sabiq futbolçusu Roy Klemens vəfat edib.
Bizim.Media “Apasport”-a istinadən bildirir ki, futbol veteranı 72 yaşında ölüb.
Klemens “Liverpul”un heyətində 5 qat İngiltərə çempionudur. O, üç dəfə Çempionlar kubokunun, həmçinin ölkə kuboku və Liqa kubokunun qalibidir. Roy İngiltərə millisində 61 matç keçirib.
Bizim.Media