AFFA-nın bir qrup əməkdaşı və Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan bir qrup hakim COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesində iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA rəsmi saytı məlumat yayıb.
Həmin şəxslər assosiasiyanın təşkilatçılığı ilə bu gün könüllülük prinsipi əsasında peyvənd olunub.
Qeyd olunan kateqoriyadan olan şəxslərə müvafiq vaksinin birinci dozası vurulub.
Bizim.Media