İsveçli şüvüllə tullanan Armand Duplantis növbəti dünya rekorduna imza atıb.
Bizim.Media xəbər verir ki, o, 6,29 m hündürlüyü dəf edib.
Bu, Armand Duplantisin karyerasında 13-cü dünya rekordu olub. O, bundan əvvəlki nəticəsini 0,1 m yaxşılaşdırıb. Qeyd edək ki, 25 yaşlı atlet iki qat Olimpiya və altı qat dünya çempionudur.
Rəşad Rafiqoğlu, Bizim.Media