“Roma”nın baş məşqçisi Joze Mourinyo Françesko Tottiyə cavab verib.
Bizim.Media sportinfo-ya istinadla xəbər verir ki, “Roma”nın əfsanəsi Totti mətbuata verdiyi açıqlamada Joze Mourinyonu dünyanın ən yaxşı məşqçisi adlandırmışdı.
Mourinyo onun tərifinə belə cavab verib:
“Xoş sözlərinə görə təşəkkür edirəm, Françesko. Təəssüf ki, mən 4 il gecikdim. Səni məşq etdirmək böyük zövq verərdi”.
Bütün karyerasını “Roma”da keçirən Totti 25 mövsümdə 786 oyunda 307 qol vurub.
Bizim.Media