Türkiyənin “Beşiktaş” klubunda koronavirus infeksiyasına kütləvi yoluxma qeydə alınıb.
Bizim.Media saytının məlumatına görə, İstanbul təmsilçisi 5 oyunçusunun testinin müsbət çıxdığını açıqlayıb.
Həmin futbolçulardan ikisihazırda yığma komandalarının düşərgəsindədir. Digər 3 nəfərdən biri isə heyətdən kənarda qalan futbolçudur.
Qeyd edək ki, “Beşiktaş”ın bir müddət əvvəl də 3 futbolçusu koronavirusa yoluxmuşdu.
Bizim.Media