“Qalatasaray”ın futbolçusu Dris Mertens ölkəsinə qayıtmağa yaxındır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Anderlext”dən təklif alıb.
Belçika təmsilçisi 38 yaşlı futbolçunun keçidini bu yay həll etməkdə israrlıdır.
Qeyd edək ki, “Anderlext”in yetirməsi olan Mertens heç vaxt bu klubda oynamayıb. O, “Gent”, “Utrext”, PSV, “Napolis” komandalarında forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media