"Real" yeni futbolçu transferi gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Madrid təmsilçisi "Bornmut"un müdafiəçisi Din Huysenin transferi üçün razılığa gəldiyini açıqlayıb. 20 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2030-cu ilə qədərdir. Huysen 2025-ci il iyunun 1-də rəsmi olaraq "kral klubu"nun oyunçusu olacaq.
Bu mövsüm Hoysen "Bornmut"un heyətində bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizim.Media