"Liverpul" futbolçusu Konor Bredli ilə müqavilə müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan yeni sözləşmə 2029-cu ilin yayına qədərdir. Onun İngiltərə klubu ilə olan əvvəkli müqaviləsi 2027-ci ilin iyun ayına qədər idi.
Qeyd edək ki, Konor Bredli "Liverpul"un öz yetirməsidir. O, bu mövsüm komandasının heyətində 27 oyuna çıxaraq 3 qolun ötürməsini edib.
Bizim.Media