“Şamaxı” klubunda heyəti tərk edən futbolçuların sayı artmaqdadır.
Bizim.Media xəbər verir ki, son olaraq Leroy Mikkelsin komandanı tərk edəcəyi dəqiqləşib.
Yeni müqavilə üçün daha artıq maaş tələb edən futbolçu ilə anlaşmaq mümkün olmayıb. Mövsümün sonunda onun “Şamaxı”dan ayrılacağı dəqiqləşib.
Qeyd edək ki, Mikkels Azərbaycanı tərk etməyəcək. Onun Premyer Liqanın digər bir klubu ilə razılığa gəldiyi iddia olunur.
Rəşad Rafiqoğlu, Bizim.Media