Hücumçu axtarışlarını davam etdirən “Qarabağ” məşhur hücumçu ilə anlaşa bilər.
Bizim.Media xəbər verir ki, söhbət Kamerun millisinin hücumçusu Vensan Abubakardan gedir.
Vaxtilə “Beşiktaş”ın aparıcı oyunçularından biri olan təcrübəli forvard menecerlər vasitəsilə Ağdam klubuna təklif olunub.
Qeyd edək ki, son olaraq “Hatayspor”un şərəfini qoruyan futbolçu bu yaxınlarda klubla müqaviləsini pozub. O, Çempionlar Liqasında oynamaq üçün “Qarabağ”a keçmək istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media