Bu ayın sonunda «Şamaxı»dan ayrılması dəqiqləşən futbolçuların sayı 3-ə çatıb.
Bizim.Media xəbər verir ki, Premyer Liqada yerini təmin etmiş Şirvan təmsilçisinin vidalaşacağı növbəti isim də əcnəbidir.
Belə ki, «şirlər» fransalı Brahim Konate və serbiyalı stopper Vasiliye Bakiçdən sonra onun həmyerlisi Vasiliye Radenoviçlə də sağollaşmağı lazım bilib.
Qeyri-sabit çıxış edən serbiyalı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media