Qurban Qurbanov: “Traktor”la yoldaşlıq oyunu keçirsək, şad olaram

“Qarabağ” Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çoxdandır “Azersun Arena”da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir.

- Bu gün 15 yaşlı Amin Rzayevə şans verdiniz. Növbəti oyunlarda da ona şans veriləcək?

- Xeyli vaxtdır bizimlə məşq edir. Bəzən milli komandaların düşərgəsində olanda məşqlərimizdən kənarda qalır. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil.

Formalaşması üçün ona vaxt lazımdır. Bir neçə mövqedə oynamağı bacarır. Belə oyunçuların olması bizim üçün vacibdir. Özündən çox şey asılı olacaq. Biz perspektivli hər futbolçu üçün şərait yarada bilərik. Digər məsələlər onların özlərindən asılıdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir. Qarşıdakı oyunlarda da ona şans verəcəyik. “Zirə” ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi oyun olduğu üçün həm sevincli, həm də həyəcanlı idi. Bizim qapılarımız hamı üçün açıqdır.

- Ötən tur “Sabah”la oyundan sonra Bəhlul Mustafazadədən başqa bütün futbolçularla görüşdünüz. Bu da müzakirələrə səbəb oldu. Həmin anları necə şərh edərdiniz?

- Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur.

- Dostunuz, həmkarınız Balakişi Qasımovun rəhbərlik etdiyi İctimai TV-də belə bir fikirlər səslənir ki, hakimlər sizə köməklik edir. Həqiqətən hakimlər sizə kömək edir, yoxsa İTV sizə qarşı qərəzlidir?

- Balakişi Qasımov mənim tanıdığım ən dürüst insanlardan biridir. İnanıram ki, o belə göstəriş versin. İctimai TV-yə gəlincə, orada qonaq olmayan jurnalist, futbol mütəxəssisi görməmişəm. İnsanların fikri azaddır. Bu, o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib.

- Çempionluğu necə qeyd edəcəksiniz?

- Yəqin ki, hər il olduğu kimi bu il də klub rəhbərliyi yaxşı tədbir təşkil edəcək. Sadə formada tədbir olacaq.

- Mövsüm ərzində media ilə sıx əlaqədə olursuz. Futbolun inkişafında mətbuatın rolunu necə qiymətləndirirsiniz?

- Bir bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız bizim üçün çox önəmlidir. Bu da inkişafın vacib hissəsidir. Həmişə mətbuatdan razı qalmışam. Futbolumuza dayaq olun. Əgər dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində də iştirak edərəm.

- “Azersun Holding”də baş verən rəhbər dəyişikliyinin kluba təsiri ola bilər?

- Bu barədə klubun rəhbərliyi açıqlama versə, daha yaxşı olar. Mənim bildiyim “Azersun Holding” rəhbərliyi daim daha yaxşısını etmək barədə düşünür. Abdolbari Gozal bəyə Allah rəhmət eləsin. Həmişə deyirdi ki, Heydər Əliyevə söz vermişəm, bu klubu Avropada daha yaxşı tanıtmaq üçün hər şeyi edəcəm. Təməli elə qoyulub ki, bu klub həmişə yaşayacaq. “Azersun Holding” rəhbərliyi hər zaman ən yaxşısını etməyə çalışacaq.

- Sizcə, “Qarabağ” – “Traktor” qardaşlıq matçının keçirilməsinin vaxtı çatıb?

- “Traktor”u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

End of content

No more pages to load

RADİO