Almeyda Braziliyada “Qarabağ” üçün futbolçu AXTARIR

Azərbaycan yığması və "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Bizim.Media xəbər verir ki, 36 yaşlı futbolçu ölkəmizdə keçirdiyi günləri xatırlayıb.

"Primavera"da çıxış edən Almeyda özünü yarı azərbaycanlı hiss etdiyini deyib. Bundan başqa, o Braziliyada "Qarabağ" üçün oyunçular axtardığını bildirib:

"Burada "Qarabağ" üçün futbolçulara baxıram. Bu, çox önəmlidir.

Onların inkişafı üçün kömək etmək istəyirəm. Klub mənə bu imkanı yaradıb və bəyəndiyim oyunçuların adlarını təhlil üçün onlara göndərirəm. Əgər bəyəndikləri futbolçular varsa, bu zaman mən işə qoşuluram. Oyunçularla əlaqə saxlayıb onların agenti varmı, transfer qiyməti və digər sullarla maraqlanıram. "Qarabağ" artıq braziliyalılara öyrəşib".

Riçard Juninyonun "Qarabağ"dakı karyerası və onun "Flamenqo"ya keçidinə də münasibət bildirib:

"Flamenqo"ya keçməzdən əvvəl "Sevilya" Juninyo ilə yaxından maraqlanırdı. Bir dəfə oteldə olanda, o, ispanlarla ciddi danışıqlar aparırdı. Sonra Luis Felipedən zəng gəldi. "Flamenqo"nun məşqçisi Juninyonun İsveçdəki oyununu bəyənib, onu komandada görmək istədiyini bildirdi. Yollarımız ayrılsa da, onunla demək olar ki, hər gün danışırıq".

Təcrübəli futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan vətəndaşlığı almasında ona kömək olduğunu vurğulayıb:
 

"Azərbaycan mənə bir çox məsələlərdə kömək olub. Söhbət yalnız futboldan getmir. Azərbaycanlılar çox humanist insanlardırlar, başqalarına hörmət edir və dəstək olurlar. Oradakı karyeram mənim üçün əla həyat dərsi olub. "Qarabağ"da yaşananlar əla idi, mən orada çox şey öyəndim".


Qeyd edək ki, Almeyda 2012-2018-ci və 2021-2025-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. O, 8 dəfə Azərbaycan çempionu titulunu qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO